Xidmətlər
Bank və qeyri-bank müəssisələrinə geniş ödəniş xidmətləri spektri təklif edirik.
MilliKart ATM-lərin qoşulması və texniki dəstəyi üzrə xidmətlər göstərir.
MilliKart POS terminalların quraşdırılması, texniki dəstəklənməsi və vergi orqanlarında qeydiyyata salınması və qeydiyyatdan çıxarılması üzrə xidmətlər göstərir.
MilliKart kart sahibləri üçün günün 24 saatı və həftənin 7 günü ərzində Müştəri Xidmətləri xidmətini göstərir.
MilliKart kart sahibləri tərəfindən mobil telefonlar vasitəsi ilə sistemə müvafiq SMS mesajlarının göndərilməsi, sorğulara cavab olaraq məlumatların alınması və hesabda dəyişiklik baş verdikdə avtomatik bildiriş göndərilməsi üzrə xidmət göstərir.
MilliKart kart sahiblərinə təqdim olunan PIN şifrələri bankın bankomatları vasitəsilə arzu olunan şifrələrlə dəyişdirilməsi üzrə xidmət göstərir.
MilliKart pul vəsaitlərinin bir kart hesabından digər kart hesabına köçürülməsi üzrə xidmət göstərir.
MilliKart "3D Secure" texnologiyalarının tətbiqi ilə VISA (VbV) və MasterCard (Secure Code) tələblərinə cavab verən "E-Commerce" (internet mağazalarda VISA və MasterCard kartları vasitəsilə ödənişlərin aparılması) xidmətini göstərir.
Bu sistem ödəniş kartı hesabını onlayn idarə etmək və əməliyyatları İnternet vasitəsilə 24 saat real vaxt rejimində keçirmək imkanını verir.
MilliKart bank və qeyri-bank müəssisələrinə geniş ödəniş xidmətləri spektri təklif edir: kart emissiyasından acquiring-ə, ATM idarəetmədən internet ödənişlərinə və SMS bildirişlərinə qədər.
MilliKart hibrid, maqnit və təmassız kart nvlərinin personalizasiyasını həyata keirir.
Bu tip kartlar özündə maqnit zolağı və mikroprosesoru (çip) birləşdirir. Hər tranzaksiya yalnız kart sahibinin bildiyi xüsusi PİN şifrə ilə qorunur.
Bu tip kartlar maqnit zolağı ilə fərqlənir. Maqnit zolağı məlumatın saxlanılması üçün nəzərdə tutulur. Məlumatın yazılması zolağın səthindəki kiçik maqnit hissəciklərin maqnitləşməsi ilə baş tutur.
Bu innovativ texnologiyalı ödəniş kartları ödəməni bir toxunuşla etməyi mümkün edir! Çox tez və rahatdır. Kartla terminala toxunaraq əməliyyatı bitirmək mümkündür.